44 saylı Sumqayıt-Xızı seçki dairəsində nə baş verir?

Oxundu: 187
44 saylı Sumqayıt-Xızı seçki dairəsində nə baş verir?

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Hacı Salayev və digər keçmiş deputat Mais Səfərli namizədliyini geri götürüblər.

Hər iki şəxs namizədliyinin geri götürülməsi xəbərini Modern.az-a açıqlamasında təsdiqləyib.

 

Maraqlıdır, 44 saylı dairədə nə baş verir?

 

Sözügedən dairədən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli məsələ ilə bağlı saytımıza açıqlama verib.

 

O, bildirib ki, baş verənlərdən xəbərdar deyil:

 

“Kimlərinsə namizədliyini geri götürməsindən xəbərsizəm. İndi sizdən eşidirəm. Kim namizədliyini geri götürübsə, ona gələcək işlərində uğurlar arzulayıram. Namizəd olanların da hər birinə uğurlar arzulayıram”.

 

Müşfiq Məmmədli qeyd edib ki, güclü olan qalib gələcək:

 

“Mənim namizədliyim hakim Yeni Azərbaycan Partiyası  tərəfindən irəli sürülüb. Güclü olan qalib gələcək”.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system