NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 10494
"

407 azərbaycanlı qaçqını öz əli ilə güllələnməyə verən Türkiyə prezidenti

Türkiyəli hüquqşunas, tarixçi-yazar, professor Reha Oğuz Türkkanın “Haber Türk” ə verdiyi müsahibəsində etdiyi ilginc açıqlamalar bir çox gizli mətləbləri aşkara çıxarıb

İslaminsesi xəbər verir ki, türkiyəli professor Osmanlı imperiyası və Sovet Rusiyası dövründə baş verən siyasi-ictimai hadisələri şərh edərkən şəxsən şahidi olduğu mətləblərə də toxunub.

 

Reha Oğuz Türkan çıxışı zamanı bildirib ki, Türkiyə Respublikasının 2-ci prezidenti olmuş Mustafa İsmət Paşanın (İsmət İnönü) rəhbərliyi dövründə Türkiyə dövlətinə sığınan 407 nəfər azərbaycanlı qaçqının Rusiyaya təhvil verilməsi haqda məlumatlar dolaşıb. O, bu məlumatı əldə etdikdən sonra dərhal İsmət Paşa ilə görüşməyə və yayılan informasiyanı dəqiqləşdirməyə çalışıb: “ Sovet Rusiyasından qaçaraq Türkiyəyə sığınan azərbaycanlı qaçqınların təhvil verilməsi haqda məlumatı dəqiqləşdirmək üçün İsmət İnönü ilə görüşümə vasitəçi olmağı, Paşanın şəxsi dəftərxanasının rəhbəri Kamal Dədənəkdən xahiş etdim. O da, yaxın zaman ərzində görüşümüzü təşkil etdi. İsmət Paşa ilə hörmətlə salamlaşdıqdan sonra, ona eşitdiyim məlumatı söylədim və iftira atıldığını bildirdim. Bu zaman İsmət İnönü çox əsəbləşdi və məni qovmağa çalışdı. Bu zaman yayılan xəbərlərin doğru olub-olmadığını soruşdum və cavabında “sən bizim işimizə qarışma, biz nə etdiyimizi bilirik” cümləsini eşitdim. Bu addımı atarsa tarixin ən böyük ləkəsini üzərinə alacağını İsmət İnönüyə bildirdim və daha sonra polisin təzyiqi ilə çölə atıldım. Beləcə 407 azərbaycanlı qaçqının Rusiyaya təhvil verilməsi və onların güllələnməsi baş verdi. Təəssüflər olsun ki, bu hadisə türk əsgərlərinin gözləri önündə törədildi”.

 

Müsahibəsini davam etdirən Reha Oğuz Türkkan Parisdə olarkən rastlaşdığı ilginc hadisəni də insanlarla bölüşüb. O, bildirib ki, Parisdə olarkən təsadüfən azərbaycanlı gənclə qarşılaşır: “ Həmin gənc mənim Türk olduğumu bildikdə başına gələn əhvalatı danışdı.

 

Müsahibəsini davam etdirən Reha Oğuz Türkkan Parisdə olarkən rastlaşdığı ilginc hadisəni də insanlarla bölüşüb. O, bildirib ki, Parisdə olarkən təsadüfən azərbaycanlı gənclə qarşılaşıb: “Həmin gənc mənim türk olduğumu bildikdə başına gələn əhvalatı danışdı. Bildirdi ki, İkinci Dünya Müharibəsindən sonra təxminən 10-a yaxın azərbaycanlını amerikanlar Rusiyaya təhvil verməyə hazırlaşırdı. Lakin ABŞ ordusunda xidmət edən bir zabit bizim Rusiyaya təhvil verildikdən sonra güllələnəcəyimizi bildiyindən bu addımı atmaq istəmirdi. Həmin zabit bizə meşəyə doğru qaçmağımızı məsləhət gördü və arxadan nişan almayacağına söz verdi. Beləcə biz Rusiyaya təhvil verilmədik və amerikalı zabitin sayəsində həyatımızı xilas edə bildik”.

 

Çıxışının sonunda professor Reha Oğuz Türkkan bu sözləri deyib: “ Bir amerikalı öz soyundan və dinindən olmayan azərbaycanlıları xilas etdi, amma Türkiyə prezidenti qan qardaşlarını Rusiyaya təhvil verərək, onların güllələnməsinə göz yumdu”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system