35 il səhvən həbsdə yatan qadın üç milyon dollar təzminat alacaq - FOTO

Oxundu: 105
35 il səhvən həbsdə yatan qadın üç milyon dollar təzminat alacaq - FOTO

İki insanın ölümündə təqsirli bilinərək 35 il məhkumluq həyatı yaşayan amerikalı qadın bəraət alıb. Hazırda Keti Vudz təzminat almaq niyyətindədir.

 

 

Keti 1980-ci illərdə həbsə düşüb. O dövrdə qadın iki nəfərin qətlində təqsirli bilinirdi. Uzun illər sonra məlum olub ki, Vudzun sözügedən qətllərlə heç bir əlaqəsi yoxdur. Keçmiş məhkumun vəkili bildirib ki, 68 yaşlı müvəkkilinə 3 milyon dollar təzminat ödənilməlidir.
 
Sözügedən cinayət 1976-cı ildə San-Fransisko körfəzində törədilib. Qatil 17 yaşlı Pol Bakster və 19 yaşlı Mişel Mitçeli öldürüb. Qətlə yetirilənlər tələbə idi. İstintaqla məşğul olan detektivlər günahı o dövrdə psixiatrik klinikada müalicə olunan Vudzun boynuna yıxdılar.
 
Amma 2014-cü ildə cinayət baş verən yerlərdən birində tapılan siqaret kötüyünün DNT analizindən sonra Ketinin günahsız olduğu üzə çıxdı. Sözügedən siqaret kötüyünün analizi bu cinayətin Rodni Xelabauer tərəfindən törədildiyini üzə çıxardı. Rodni hazırda ömürlük həbs olunub və 6 gənc qızı qətlə yetirdiyi üçün cəzalandırılıb.
 
2015-ci ildə Keti Vudz bəraət alaraq həbsdən azad edilib. Amma onun işi üzrə məhkəmə hələ də davam edir. Məhkəmənin sonuncu iclasında hakimlər yekdilliklə ona təzminat ödənilməsi barədə qərarı dəstəkləyiblər.(oxu.az)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system