DÜNYA

Oxundu: 4028
33 il Yəmənə başçılıq etmiş diktator Əli Abdullah Saleh öldürülüb 18+

33 il Yəmənə başçılıq etmiş diktator Əli Abdullah Saleh öldürülüb 18+

“Husilər bu gün Yəmən paytaxtı Sənada sabiq diktator Əli Abdullah Salehin evini partladıb və başçılıq etdiyi “Xalq Konqresi” partiyasının qərargahına hücum ediblər. Məlumata görə Əli Abdullah Saleh Sənadan qaçan zaman öldürülüb. Əli Abdullah Salehin partiyası son 3 gündə əhalini husilərə qarşı üsyana çağırmışdı.”

İslaminSesi.info xəbər verir ki, bu barədə Yəməndə “Ənsarullah” hərəkatına yaxın mənbələr məlumat verib.

 

Amma Əli Abdullah Salehin başçılıq etdiyi “Xalq Konqresi” partiyası bu məlumatları təkzib edib.

 

Yəmənin Müdafiə Nazirliyi bəyanat yayaraq, Sənada və digər əyalətlərdə "xəyanətçi birləşmələrin" zərərsizləşdirildiyini və onların lideri Əli Abdullah Salehin öldürüldüyünü deyib.

 

"Ənsarullah"a yaxın bəzi mənbələr Əli Abdullah Salehin, onun şəxsi cangüdəni və liderlik etdiyi partiyası "Xaıq Konqresi" partiyasının sədrinin paytaxatdan çıxıb Məribə qaçan zaman BƏƏ-nin hava zərbələri nəticəsində öldüyünü bildiriblər. 

 

Əli Abdullah Saleh 1978-2011 ci illər ərzində Yəməndə hakimiyyətdə olub. O bu müddət ərzində Səudiyyənin dəstəyi ilə husilərə qarşı 5 dəfə muharibəyə girib. Lakin 2015-ci ilin əvvəlində Yəməndə “Ənsarullah”-ın (husilər) paytaxt Sənanı ələ keçirməsindən sonra onlarla ittifaqa girib. Əli Abdullah Saleh Sudiyyənin koalisiyasının hücumu əsnasında husilərlə müttəfiq idi. Əli Abdullah Saleh və onun partiyası son 3 gündə əhalini Yəməndə husilərə qarşı üsyan etməyə çağırmışdı. Əli Abdullah Saleh 3 gün öncəki çıxışında bildirmişdi ki o, artıq husilərlə rəsmi tərəfdaş deyil.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system