NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 213
32 yaşlı Belarus sakinini İtaliyada övladlığa götürdülər

32 yaşlı Belarus sakinini İtaliyada övladlığa götürdülər

İtaliyanın Trento şəhərinin məhkəməsinin qərarına əsasən, italiyalı ailə 32 yaşlı Belarus vətəndaşını övladlığa götürüb.

İslaminSesi Birtual.az-a istinadən xəbər verir ki, ailə bu belaruslu kişini 20 ilə yaxındır ki tanıyır. Hələ 11 yaşında ikən o, Çernobıl faciəsindən əziyyət çəkmiş uşaqlara yardım proqramı üzrə İtaliyada bu ailənin qonağı olub.

Böyüyəndən sonra da ailə onunla əlaqəni kəsməyib – qonaq çağırıblar, italiyalılar özləri də Belarusa ona qonaq gəliblər. Hazırda 32 yaşlı kişi yük daşımaları ilə məşğul olur və artıq işi ilə əlaqədar tez-tez İtaliyada olur. Övladı olmayan italiyalı ailə üçün o, əsl övlada çevrilib.

Artıq 32 yaşına çatmasına, ailə sahibi və ata olmasına baxmayaraq, italiyalılar Belarus vətəndaşını övladlığa götürməyə qərar veriblər ki. rəsmi varisləri olsun.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system