NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:50
  • ZÖHR 12:39
  • ŞAM 19:46
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

300 min dolları ələ keçirən və Şimali Qafqaza qaçan Azərbaycan vətəndaşı kimdir...

Oxundu: 263
300 min dolları ələ keçirən və Şimali Qafqaza qaçan Azərbaycan vətəndaşı kimdir...

Şimali Qafqazda, Kabardin-Balkar Muxtar Respublikasının Leskensk rayonunda dələduzluğa görə beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı tutulub.

 

İslaminSesi xəbər verir ki,  xəbər verir ki, həmin şəxs “Urux” federal nəzarət-buraxılış məntəqəsində əl keçib.

 

Bu şəxs xüsusilə iri məbləğdə dələduzluğa görə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Onun dələduzluq əməli nəticəsində dəymiş ziyan 284 min dollardan çoxdur. Şəxsin barəsində Azərbaycanda qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.

 

Leskensk rayon prokurorluğu yerli məhkəməyə bu şəxsin həbs edilməsi barəəd vəsadət verib, məhkəmə vəsadəti təmin edib. Hazırda şəxsin barəsində ekstradisiya materialları Kabardin-Balkar prokurorluğuna göndərilmək üçün hazırlanır. Oradan isə materiallar Rusiya Baş Prokurorluğuna göndəriləcək. Ekstradisiyaya qədər həmin şəxs Kabardin-Balkar təcridxanasında saxlanılacaq.

 

Virtualaz.org

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system