NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 102
“28 May”da bədbəxt hadisə - Küçədə öldü

“28 May”da bədbəxt hadisə - Küçədə öldü

İslaminSesi bildirir ki, bu gün “28 May” metrostansiyasının qarşısında bədbəxt hadisə baş verib.

Hadisə şahidləri “Qafqazinfo”ya bildirib ki, yaşlı bir kişi yıxılaraq dünyasını dəyişib. Ətrafdakı insanların ilkin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Nəsimi Rayon Polis idarəsindən "Qafqazinfo"ya faktı təsdiqləyiblər. Bildirilib ki, meyitin şəxsiyyəti hələ ki, məlum deyil, bu istiqamətdə işlər aparılır.

 

Ölən şəxsin kimliyi müəyyənləşdirilib. O, 1951-ci il təvəllüdlü Bakı şəhər sakini Babayev Fikrət Məmməd oğludur. Hadisə şahidləri F. Babayevin infarkt keçirdiyini bildirib. Şəxsin ölümüylə bağlı ailəsinə xəbər verilib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system