23 il boyunca qarnında bununla yaşadı - İNANILMAZ...

Oxundu: 209
23 il boyunca qarnında bununla yaşadı - İNANILMAZ...

Rusiyada bir qadının 23 il boyunca qarnında bir əməliyyat qayçısı ilə yaşadığı ortaya çıxıb.

 

İslaminSesi Moderator.az-a istinadən  xəbər verir ki, 62 yaşlı qadın 1996-cı ildə keysəriyyə üsulu ilə doğuş keçirib. Doğuş yaraları sağaldıqdan sonra qadın üçün kabuslu illər başlayıb. 23 il ərzində getmədiyi həkim qalmayan qadın dəhşətli ağrılar çəkib və qaraciyərində bir sıra ağırlaşmalar yaranmağa başlayıb. 
 
23 il sonra qadının illərdir bitməyən problemlərinin səbəbi yenə Rusiyada bir xəstəxanada ortaya çıxıb. Qadının qarnından 23 il əvvəlki doğuşda 15 sm uzunluğunda bir qayçı qaldığı ortaya çıxıb. 
 
İllərlə davam edən ağrıların səbəbini öyrənən qadın göz yaşlarına boğulub və səhiyyə nazirliyi məsələ ilə bağlı istintaq başlanıldığını açıqlayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system