NAMAZ VAXTLARI:
  • FƏCR 06:26
  • GÜN 07:53
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

23 britaniyalı diplomatın ölkəni tərk etməsinə bir həftə vaxt verilir - Rəsmi Moskva

Oxundu: 484
23 britaniyalı diplomatın ölkəni tərk etməsinə bir həftə vaxt verilir - Rəsmi Moskva

Rusiya höküməti Böyük Britaniyanın 23 diplomatik əməkdaşını bir həftə müddətində ölkədən çıxaracaq.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bu gün yayımladığı bəyanatda deyilir. Bəyanat Britaniya səfirliyinin XİN-ə çağırılmasından sonra yayımlanıb.

 

Diplomatların ölkədən qovulmasında əlavə Britaniyaya Baş Konsulluğunu açması və fəaliyyət göstərməsi üçün Rusiya tərəfindən verilən icazə də ləğv edilib və Rusiyadakı Britaniya Şurasının bağlanacağı da elan edilib.

 

"Britaniya tərəfi Rusiyaya qarşı atılacaq qeyri-dost xarakterli addımlar atılacağı təqdirdə xəbərdar olunub ki, rusiya tərəfi digər cavab tədbirlərinin görülməsi hüququnu özündə saxlayır", - deyə idarədən əlavə edilib.

 

Bu tədbirlər Britaniyanın 23 rus diplomatı ölkədən göndərməsi və Rusiya ilə əlaqələri kəsməsinə cavab olaraq atdığını bldirib. Münaqişənin səbəbi  isə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (BKİ) sonradan Britaniya kəşfiyyatına işləyən sabiq polkovniki Sergey Skripalın martın 5-də Britaniyada kimyəvi maddənin təsiri ilə öldürülməsidir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system