NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

206 əcnəbi Azərbaycandan qaçqın statusu almaq istəyir - RƏSMİ

Oxundu: 145
206 əcnəbi Azərbaycandan qaçqın statusu almaq istəyir - RƏSMİ

Azərbaycanda qaçqın status almaq istəyən əcnəbilərin sayı 200-ü keçib.

 

İslaminSesi bildirir ki, Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən bildirilib.

 

“2019-cu ilin ilk altı ayı ərzində qaçqın statusu almaq niyyətində olan 206 əcnəbi (ailə üzvləri ilə birlikdə 381 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib”.

 

Mətbuat xidməti son 6 ay ərzində Azərbaycanın qaçqın status verdiyi ərizəçilərin sayını da açıqlayıb.

 

“2019-cu ilin 6 ayı ərzində 5 ərizəçiyə (ailə üzvləri ilə birlikdə 18 nəfər) qaçqın statusu verilib. Son dövrlərdə qaçqın statusunun verilməsi ilə bağlı müraciət edən ölkə vətəndaşlarının sırasında Əfqanıstan, Pakistan, Suriya, İraq və s. kimi ölkələrdən olan şəxslər yer alır”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system