2020-ci ildəki “seçki”lərdə Qarabağda beynəlxalq dələduz Sorosun adamı qalib gələcək?..

Oxundu: 38
2020-ci ildəki “seçki”lərdə Qarabağda beynəlxalq dələduz Sorosun adamı  qalib gələcək?..

Erməni işğalı altındakı Qarabağın gələcək taleyi hələ də dumanlar altındadır...

"Ermənistan hakimiyyətinin keçmiş vətəndaş sektoru “Artsax”dakı “seçki”lərdə öz namizədinin olmasını çoxdan planlaşdırıb..."
 
“Baş nazir Nikol Paşinyanın  “Artsax»ın keçmiş “baş naziri” Araik Arutyunyana göstərdiyi rəğbət nə qədər açıq olsa da, növbəti  “prezident seçkiləri”də Ermənistan hakimiyyətinin favoriti Masis Mailyandır”. 
 
İslaminSesi xəbər verir ki, bunu iki gün öncə qondarma separatçı rejimin xarici işlər naziri Masis Mailyanın “prezident seçkiləri”ndə iştirak edəcəyini təsdiqləməsinə münasibət bildirən “Johovurd” qəzeti yazıb. Erməni nəşrinin təhlilindən belə çıxır ki, 2020-ci il “seçkiləri”ndə Qarabağdakı erməni separatçılarının lideri  beynəlxalq dələduz Corc Sorosun adamı “seçiləcək”...
 
"Əldə etdiyimiz məlumata görə, Ermənistan hakimiyyətinin keçmiş vətəndaş sektoru “Artsax”dakı “seçki”lərdə öz namizədinin olmasını çoxdan planlaşdırıb. Lakin, sözsüz ki, bu haqda susacaqlar. Çünki bu, “suveren Artsax”ın “dövlət” işlərinə qarışmaq demək olar. Və Masis Mailyan, yəqin ki, Ermənistan hökumətinin bir hissəsinin ən sevimlisinə çevrilib. Ona görə ki,  M. Mailyan və hakim komandanın bir çox deputatlari, hətta bu gün “Vətəndaş ittifaqı" partiyasının rəhbərliyinə gələnlər  “Soros” fondundan  pul alan vətəndaş cəmiyyəti təşkilatlarından birinin üzvü olublar”- deyə  qəzet vurğulayır. /Moderator.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system