NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

2019-cu ilin ən çox əhalisi olan ölkələrinin reytinqi – TOP 10

Oxundu: 412
2019-cu ilin ən çox əhalisi olan ölkələrinin reytinqi – TOP 10

BMT-nin İqtisadi və Siyasi məsələlər üzrə departamentinin mütəxəssisləri dünya əhalisinin sayının dəyişilməsi tendensiyasını analiz edərək, özünün “World Population Prospects” illik hesabatını dərc edib.

 İslaminSesi - Ekspertlər bildirirlər ki,  dünya əhalisinin sayı artmaqda davam edir, lakin artım sürəti xeyli zəifləyib. Onların proqnozuna əsasən, 2050-ci ildə əhalinin sayı 1 mlrd insandan çox arta bilər.
 
BMT hesabatına əsasən, 2019-cu ildə ən çox əhalisi olan ölkələrin  onluğu aşağıdakı kimidir:
 
1.Çin
 

 
2019-cu il üçün əhalisinin sayı: 1 434  mln
 
2050-ci il üçün proqnoz: 1 402 mln
 
2100-cü il üçün proqnoz: 1 065 mln
 
Son illər doğuşun məhdudiyyətləşdirilməsi siyasəti  yumşaldılıb. Belə ki, Ümumçin xalq məclisinin nümayəndələrinin daimi Komitəsinin 28 dekabr 2013-cü il qərarına əsasən, əgər valideynlərdən biri  ailədə yeganə övladdırsa, iki uşağa icazə verilirdi, lakin sonra qadağa aradan qaldırıldı.
 
Dövlət tərəfindən aparılan bu siyasətə, işçi qüvvəsinə ehtiyac olduğu və ənənəvi olaraq oğlan uşaqlarına üstünlük verildiyi üçün, əsasən kənd yerlərində müqavimət aparılır.
 
Hazırda Çin ən çox əhalisi olan ölkələrindən biridir, lakin BMT-nin analitiklərinin proqnozuna əsasən, Çin liderliyi Hindistana verəcək.
 
2.Hindistan
 
 

 
2019-cu il üçün əhalisinin sayı: 1 366   mln
 
2050-ci il üçün proqnoz: 1 639 mln
 
2100-cü il üçün proqnoz: 1 450  mln
 
Hindistan əhalisinin sayına görə Çindən sonra dünyada ikinci yeri  tutur. Hindistanlıların, demək olar, 70%-i kənd ərazilərində yaşayırlar, lakin son onilliklərdə böyük şəhərlərə miqrasiya şəhər əhalisinin sayının artmasına gətirib çıxarır.
 
Hindistanın ən böyük şəhərləri Mumbai, Deli, Kolkata, Çennay, Banqalor, Heydərabad və Əhmədabaddır.
 
3.ABŞ
 

 
2019-cu il üçün əhalisinin sayı: 329 mln
 
2050-ci il üçün proqnoz: 379  mln
 
2100-cü il üçün proqnoz: 434  mln
 
ABŞ əhalisi müxtəlif irqlərdən ibarətdir. Havaydan başqa bütün bölgələrdə  avropoid irq (Birləşmiş Krallıq, İrlandiya və digər Avropa ölkələrindən gələnlər) üstünlük təşkil edir.
 
4.İndoneziya
 

 
 2019-cu il üçün əhalisinin sayı: 271 mln
 
2050-ci il üçün proqnoz: 331  mln
 
2100-cü il üçün proqnoz: 321   mln
 
İndoneziyanın bütün müstəqil inkişaf dövrü müddətində əhalisinin sayında yüksək artım müşahidə olunub. Qeyd edək ki, ölkə əhalisinin sayı 1980-ci illərdə ailə planlaşdırılması üzrə dövlət proqramının tətbiqi nəticəsində nisbətən azalmışdı.
 
BMT-nin proqnozuna əsasən, yaxın onilliklərdə İndoneziyanın əhalisinin artım sürəti get-gedə zəifləyəcək və 2055-ci ildən başlayaraq isə əhalinin sayı azalmağa başlayacaq.
 
5.Pakistan
 

 
2019-cu il üçün əhalisinin sayı: 217 mln
 
2050-ci il üçün proqnoz: 338  mln
 
2100-cü il üçün proqnoz: 403   mln
 
Əhalinin əsas hissəsi İnd çayının vadisində yaşayır. Pakistanın ən iri şəhərləri (Karaçi, Lahor, Ravalpindi və s.) ölkənin şərqində yerləşir. Şəhər sakinləri 36,38% təşkil edir.
 
BMT-nin proqnozlarına əsasən, Pakistan dünyanın ən çox əhalisi olan ölkələrinin reytinqində həm 2050-ci, həm də 2100-cü ildə 5-ci pillədə qalacaq.
 
6.Braziliya
 

 
2019-cu il üçün əhalisinin sayı: 211 mln
 
2050-ci il üçün proqnoz: 229  mln
 
2100-cü il üçün proqnoz: 181  mln
 
Ölkə mədəniyyətinə sabiq metropoliya Portuqaliyanın böyük təsiri olub. Braziliyanın rəsmi və demək olar, yeganə danışıq dili portuqal dilidir.
 
BMT-nin proqnozlarına əsasən, Braziliya əhali sayına görə 7-ci pilləyə enəcək, 2100-cü ildə isə ilk onluqdan kənarda qalacaq.
 
7.Nigeriya
 

 
2019-cu il üçün əhalisinin sayı: 201 mln
 
2050-ci il üçün proqnoz: 401  mln
 
2100-cü il üçün proqnoz: 733  mln
 
Nigeriya qitədə ərazisinə görə 14-cü yerdə olmağına baxmayaraq, Afrikanın əhali sayı üzrə ən iri (dünyada isə 7-ci pillədə) ölkəsidir. Lakin BMT bildirir ki, artıq 2050-ci ildə Nigeriya dünyada əhali sayına görə 3-cü pillədə qərarlaşacaq. 2100-cü ildə də öz yerinə heç kimə verməyəcək.
 
8.Banqladeş
 

 
2019-cu il üçün əhalisinin sayı: 163 mln
 
2050-ci il üçün proqnoz: 193  mln
 
2100-cü il üçün proqnoz: 151  mln
 
Ölkə əhalisinin 46,4%-ni 25 yaşadək olan gənclər təşkil edir və yalnız 6,4%-i 65 yaşdan yuxarı olanlardır. 2018-ci ildə orta həyat müddəti 74 yaş olub. 
 
BMT-nin proqnozlarına əsasən, 2050-ci ildə Banqladeş dünyanın ən çox əhalisi olan ölkələri reytinqində 10-cu pilləyə düşəcək. 2100-cu ildə isə ölkə ilk onluqdan kənarda qalacaq.
 
9.Rusiya
 

 
2019-cu il üçün əhalisinin sayı: 146 mln
 
2050-ci il üçün proqnoz: 136  mln
 
Ölkə əhalisinin 78%-i Rusiya ərazisinin 25%-dən də az bir hissəsini təşkil edən Avropa hissəsində yaşayır. Federasiyanın subyektləri arasında ən çox əhali sıxlığı Moskva, ən az isə Çukotkada qeydə alınıb.
 
10.Meksika
 

 
2019-cu il üçün əhalisinin sayı: 128 mln
 
2050-ci il üçün proqnoz: 155  mln
 
Ölkənin müasir etnik tərkibi üç əsas qrupdan – avropalı, yerli hindli və afrikalılardan ibarətdir. Statistikaya əsasən, Meksikanın 40%-i beş ştatda: Mexiko 14 mln, Federal dairədə 8,7 mln,  Verakrusda 7,1 mln, Haliskoda 6,6 mln və Puebla ştatında 5,4 mln cəmlənib.(Oxu.az)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system