NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

2017-ci ildə ən çox silah alan dövlət – Dəhşət saçan rəqəmlər

Oxundu: 436
2017-ci ildə ən çox silah alan dövlət – Dəhşət saçan rəqəmlər

2017-ci ilin statistikalarına görə Səudiyyə Ərəbistanı ötən ildə ən çox silah idxal edən ölkə olub.

İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) ötən ilin silah alqı-satqısı ilə bağlı mareaqlı statistika təqdim edib.

 

Ötən ildə silah alqı satqısının öncəkilərlə müqayisədə daha da artığını bildirən institut bəyan edib ki, hələ də ABŞ silah ixracında birinci yerdədir və onun silah ixracının yarıdan çoxu Yaxın Şərq ölkələrindədir.

 

Bölgədə Səudiyyənin BƏƏ və Misirin ən böyük silah idxalçısı olduğunu bildirən araşdırma mərkəzi vurğulayıb ki, ötən ildə ər-Riyad dünyanın ən çox silah idxal edən ölkəsi olub və ondan sonra ikinci yerdə Hindistan gəlir.

 

Əlavə edilib ki, “Yəmən müharibəsindən sonra Səudiyyənin Silah idxalı 225 faiz artıb. Bu ölkə silahlarının böyük hissəsini ABŞ və Britaniyadan alır. Britaniya silah ixracının yarısını təkcə Səudiyyəyə edir. Səudiyyə son illərdə Britaniyadan 78 qırıcı, 72 hərbi helikopter və 328 tank alıb. Bu ölkə ilə hərbi sahəyə 80 milyard dollar sərf edir.”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system