NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

200 manatlıq əskinasın dövriyyəyə buraxılmasının iki mühüm səbəbi

Oxundu: 4155
200 manatlıq əskinasın dövriyyəyə buraxılmasının iki mühüm səbəbi

Natiq Cəfərli: “Hökumət manatın möhkəmlənməsində maraqlı deyil”

 

Gələn aydan etibarən Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılacaq. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.   Bu məlumatdan sonra bəzi işəxslər infilyasiyanın artacağı, manatın yenə də dəyər itirəcəyi ilə bağlı iddialar səsləndiriblər.

 

Mövzunu “İslaminSesi” nə şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, 200 manatlıq əskinasın dövriyyəyə buraxılmasının səbəbini təəssüf ki, hökumət və Mərkəzi Bank izah edə bilmir: “ Onlar bu addımın hansı səbəbdən atıldığını açıqlamalı idilər. Lakin bu işi biz görməli oluruq. Bütün dünya artıq nəğdsiz alış-veriş sisteminə keçsə də, Azərbaycan hökuməti bu sahədə heç bir addım atmaq istəmir.  Yəni hökumət iqtisadiyyatın şəffaflaşmasında maraqlı deyil. Ona görə də, növbəti dəfə belə bir addım atıldı və 200 manatlıq əskinasların dövriyyəyə buraxılması haqda qərar verildi. Hətta 500-lük əskinasların da dövriyyəyə buraxılması mümkündür”

 

Natiq Cəfərlinin sözlərinə görə, bu addımın atılmasının iki səbəbi ola bilər: “ Birinci səbəb odur ki, yaxın zamanlarda dövlət büdcəsinə yeni dəyişikliklərin ediləcəyi gözlənilir. Dövlət büdcəsinin xərclər hissəsi təxminən 4 milyard manat artacaq. Dövlət büdcəsinin xərclərində ötən illə müqayisədə təxminən 8 milyard manat artım müşahidə olunur. Dövlət büdcəsinin xərclər hissəsi artdıqca, korrupsiya əməlləri də çoxalır, dövlət layihələrinin həyata keçirilməsi çox zaman nəğd hesablaşmalar üzərindən aparılır. Yəni nəğd pulun dövriyyəsinə ciddi ehtiyac yaranır. Bu səbəbdən 200 manatlıq əskinasın dövriyyəyə buraxılması mümkündür. İkinci səbəb isə ondan ibarətdir ki, dünyada dolların bahalaşması,  ətraf ölkələrin pullarının dəyərdən düşməsi fonunda Azərbaycan hökumətinin bir müddət sonra bu prosesi idarə etməsi çətin olacaq. Manatın saxlanılmasının çətinliyini nəzərə alaraq, ilin sonunda müəyyən addımlar atıla bilər. Bu addımlar sırasında manatın az da olsa dəyər itirməsi mümkündür. Ona görə də, ilin sonunda devalivasiya baş verəcəksə, o zaman daha çox nəğd hesablaşmaların aparılması, manat kütləsinin dövriyyədə artırılması üçün bu addımın atılması mümkündür. Sadəcə manat kütləsi dövriyyədə artdıqca, infilyasiya yüksəlir, hətta 100 dolların, 200 manata bərabər olması da istisna edilmir”.   

 

İqtisadçı əlavə edib ki, neftin qiymətinin 80 dolları keçməsi fonunda, manatın dəyər qazanmaması və 1,70 azn civarında qalması, Azərbaycanda məzənnənin inzibati qaydada tənzimləndiyini sübuta yetirir: “ Çünki məntiqlə neftin bahalaşdığı bir dövrdə manat möhkəmlənməli idi. Bu, Azərbaycanda üzən məzənnə prosesinin baş vermədiyini təsdiqləyir. Eyni zamanda hökumət manatın möhkəmlənməsində maraqlı deyil. Çünki manat bahalaşsa, o zaman neft fondundan daha çox dollar xərclənməlidir ki, manata çevrilib büdcəyə transfer olunsun. Bu da hökumətə sərf etmir. Bununla yanaşı manatın möhkəmlənməsi qeyri-neft sektorunun inkişafı ilə bağlı hökumətin atdığı bütün addımları puça çıxaracaq. Bu amilləri nəzərə alaraq hökumət manatı bu səviyyədə saxlamaqda iddialıdır “.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system