NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:50
  • ZÖHR 12:39
  • ŞAM 19:46
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

20 tona yaxın istifadəyə yararsız qida məhsulu məhv edilib

Oxundu: 90
20 tona yaxın istifadəyə yararsız qida məhsulu məhv edilib

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının iştirakı ilə 19,5 ton istifadəyə yararsız qida məhsulu məhv edilib.

AQTA-dan verilən məlumata görə, “Sun Food” MMC tərəfindən istifadəyə yararlılıq müddəti keçmiş 19508 kq qida məhsulunun məhv edilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət olunub.

 

AQTA əməkdaşlarının iştirakı ilə yararlılıq müddəti bitmiş ümumi çəkisi 19508 kq olan 20-yə yaxın müxtəlif növə aid qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib.

 

Qeyd edək ki, qanunvericiliyə əsasən, saxlama müddəti ötmüş qida məhsulları insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur, onların satışı və istifadəsi yolverilməzdir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system