NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 15024
"

2 oğul, 5 qızını itirən iraqlı hacının Məkkədə etdiyi dua bütün dünyanı ağlatdı - VİDEO

İraqlı hacı Kəbə evi ətrafında ikən dua etdi və nifrin edərək, bu insanlardan Allaha şikayət etdi.

İslaminSesi.info xəbər verir ki, dua edən və ağlaya ağlaya Allaha şikayət edən şəxs ABŞ hava zərbələri nəticəsində 7 ailə üzvünü itirmiş iraqlı hacıdır.

 

Hava zərbələri nəticəsində həyat yoldaşını, 2 oğlunu və 5 qızını itirən bu hacı üzü kəbəyə durur və Allaha ağlaya-ağlaya üz tutaraq belə deyir;

 

“İlahi mən məzlumam mənə kömək et! Ey rəbbim mən məzlumam mənə yardım et! Rəbbim mən məzlumam mənə yardım et!

İlahi gücsüzlüyümə və zəifliyimə görə sənə şikayət edirəm…”

 

İraqlı hacı rəbbinə şikayətinin davamında deyir:

 

“İlahi mən Amerikadan, Britaniya və İsraildən sənə şikayət edirəm, Sənə şikayət edərəm, Amerikanın İsrail və İngiltərənin cinayətkarlarından ki onlar mənim ailəmi yandırdılar. Həyat yoldaşım Sədiyyəni yandırdılar. Gözümü açdım ki artıq qarşımda yoxdur. Əmalik və Əğarik qızlarıma görə ilahi! İlahi qızım Ənahid, qızım Cəmanə, qızım Əfnan, oğlum Yusif, bacım oğlu Əhmədə görə şikayət edirəm…”

 

Kövrələn və ağlayan iraqlı hacı belə davam edir:

 

“İlahi sənə gəldim şikayətə, gücsüzəm, mənə zülm edənə görə iqtidarının əlamətini mənə göztər. Onlar mənə və iraqlılara zülm etdilər… Ya Allah! İlahi gec yox tez! Mənə göstər gücünü! Sən hər şeyə qadirsən”

 

İraqlı hacı yekunda bunu deyir:

 

“İlahi mən gücsüz idim. Ey cəbərut, heybət və əzəmət sahibi! Onlar sənin qarşında acizdirlər. İlahi zalımlar qarşısında gücünün əlamətlərini mənə göstər! Ey aləmlərin rəbbi!”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system