NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

1967-ci ildən İsrail BİR MİLYON fələstinlini həbs edib

Oxundu: 174
1967-ci ildən İsrail BİR MİLYON fələstinlini həbs edib

1967-ci ildən təxminən 1 milyon fələstinli İsrail tərəfindən saxlanılıb. Onlardan 5 700 nəfəri hazırda İsrail həbsxanalarındadır.

İslaminSesi-nin Dailysabah-a istinadən verdiyi xəbərə görə, bu haqda üç fələstin təşkilatının birgə bəyanatında deyilir.

 

Fələstin Cəmiyyətinin Məhbusları Klubunun, Məhbus və sabiq məhbusların işləri üzrə Komissiyanın və Ali Məhbuslar Şurasının birgə bəyanatına əsasən, 2019-cu ilin birinci rübündə İsrail rejimi, 250 uşaq daxil, təxminən 1,6 min fələstinlini həbs edib.

 

Həmçinin, qeyd olunur ki, hazırda həbsdə olan 700 nəfər müxtəlif xəstəliklərdən əzab çəkir, onlardan 30-u xərçəng xəstəsidir. Hazırkı məhbusların 570 nəfəri ömürlük həbsə məhkum edilib.

 

1967-ci ildən İsrail həbsxanalarında 221 fələstinli dünyasını dəyişib. Onların arasında işgəncədən ölənlərin və keşikçilər tərəfindən ölümcül yaralananların da olduğu vurğulanır.

 

Qeyd edək ki, 1967-ci ilin iyun ayında baş verən altıgünlük müharibə zamanı İsrail İordan çayının Qərb sahilini, o cümlədən Şərqi Qüdsü işğal edib və günümüzədək bu torpaqları qanunsuz olaraq nəzarət altında saxlamaqdadır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system