NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 316
17 ton xaş-xaş və çətənə kolları məhv edilib - Azərbaycanda

17 ton xaş-xaş və çətənə kolları məhv edilib - Azərbaycanda

İslaminSesi bildirir ki, Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, iyunun 22-də bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 5,3 kiloqrama yaxın narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb, həmçinin yabanı halda bitmiş, çəkisi 17 tona yaxın 36 min ədəddən çox xaş-xaş və çətənə kolları məhv edilib.

 

 

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Qulammirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 125 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı evdən əlavə olaraq çəkisi 4 kiloqram 295 qram marixuana aşkar edilərək götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Bahadur Mikayılovdan isə 475 qram marixuana aşkar edilib.

 

Daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları Qara Siyəzən kənd sakini, əvvəllər məhkum olunmuş Bədəl Nəzərovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 87 ədəd çətənə kolu və 400 qram marixuana, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş Əliyasər Umarovun həyətyanı sahədən 18 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edərək götürüblər.

Həmçinin Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayonunun Mənəşli kəndi ərazisində çəkisi 1,3 ton olan 3787 ədəd, Tovuz RPŞ-nin əməkdaşları Dönük Qırıqlı kəndi ərazisində çəkisi 1,3 ton olan 3712 ədəd yabanı halda bitmiş çətənə, Yardımlı RPŞ-nin əməkdaşları isə Alar kəndi ərazisində çəkisi 14 tona yaxın 28540 ədəd xaş-xaş kollarını məhv ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system