NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

17-ci mərtəbədən düşən qız qətlə yetirilib? - "Mənzildə tək olmayıb" - VİDEO

Oxundu: 5168
"

"Bir azdan qızın anası gəldi. Təəccüblə "bura haradır, mənim qızımın burada nə işi var?" dedi. Mənzərə çox vahiməli idi", - deyə hadisəni video-lentə alan qonşular bildiriblər

Bakıda bu gün səhər saatlarında 17-ci mərtəbədən özünü ataraq intihar etdiyi bildirilən gənc qızla bağlı yeni nüanslar meydana çıxıb

 

İslaminSesi "sputnik"ə istinadən xəbər verir ki, müstəntiqlər hadisənin intihar olduğu barədə qənaətə gəlməyə tələsmirlər. Çünki 18 yaşlı Vəliyeva Nərgiz Rövşən qızı həmin binada yaşamırmış və hadisədən əvvəl mənzildə tək olmayıbmış.

 

İstintaq hazırda həmin gecə gənc qızla birlikdə olan şəxsi-gənc oğlanı axtarır. İstisna deyil ki, söhbət qətldən gedir. Belə ki, qızın balkondan aşağı atıldığı versiyası istisna olunmur. Çünki qonşular mənzildə dava-dalaş və qadın ağlaması səsi eşidiblər, ardınca tappıltı səsi gəlib və alt paltarında gənc qızın aşağı atıldığı məlum olub.

 

Məlumata görə, hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, "Şərur" MTK-ya məxsus binada baş verib. Bina sakinlərinin sözlərinə görə, dünən gecədən binadakı mənzillərdən birində qadın ağlaması eşidilirmiş.

 

"Dava-dalaş səsi gəlirdi. Sonra bir anda dəhşətli səs gəldi. Və bir nəfər özünü mənzildən yerə atdı", - deyə şahidlər bildiriblər.

 

Məlumata görə, həmin qadın özünü binanın 17-ci mərtəbəsindən atıb: "Həyətə çıxdıq. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal atdılar".

 

"Bir azdan qızın anası gəldi. Təəccüblə "bura haradır, mənim qızımın burada nə işi var?" dedi. Mənzərə çox vahiməli idi", - deyə hadisəni video-lentə alan qonşular bildiriblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system