16 yaşlı qız BMT-dən dünya liderlərinə səsləndi - "Uşaqlığımızı, xəyallarımızı oğurladınız" - VİDEO

Oxundu: 93
16 yaşlı qız BMT-dən dünya liderlərinə səsləndi -

Bütün dünyadan 1,4 milyon məktəblinin qatıldığı "İqlim üçün Məktəb Dəstəyi" aksiyasını başladan 16 yaşlı isveçli iqlim aktivisti Qreta Tunberq iqlim dəyişikliyi ilə mübarizə mövzusunda lazımi addım atmadıqları səbəbi ilə Birləşmiş Millətlər Təşkilatına rəsmi məktub yazaraq bir neçə ölkəni şikayət edib. Bu ölkələr sırasında Türkiyə, Fransa və Almaniya da var.

İslaminSesi türk mediasına istinadən xəbər verir ki, İngiltərədən yanacaq istifadə etmədən yelkənli gəmi ilə Atlantik okeanı keçərək Nyu-Yorka gələn və burada İqlim Zirvəsinə qatılan gənc aktivist çıxışında deyib:

 

"Mənim burada yox, okeanın o tayında məktəbdə olmağım lazımdır. Sizlər hansı cəsarətlə bizdən ümid gözləyirsiniz? Boş vədlərinizlə uşaqlığımı və xəyallarımı əlimdən aldınız. Yenə də mən şanslı uşaqlardan biriyəm. İnsanlar ölür, ekosistem çökür, qlobal məhv olma ilə qarşı-qarşıyayıq, amma siz sadəcə pul və iqtisadi inkişafınızdan danışırsınız. Buna necə cürət edirsiniz? Bura gəlib hər şeyi etdiyinizi deyirsiniz. Bizim xəyallarımızla oynayırsınız amma gənclər artıq sizin xəyanətinizin fərqinə varıblar. Gələcək nəsillərin gözü sizin üstünüzdə olacaq". /Metbuat.az/

 

Həmin görüntüləri təqdim edirik:

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system