15 milyardlıq kredit müəmması - Tehran Avropaya niyə inanmır?

Oxundu: 533
15 milyardlıq kredit müəmması - Tehran Avropaya niyə inanmır?

Kredit təklifinin Ağ Evin mətbəxində hazırlanmadığına zəmanət vermək olarmı?

Xəbər verildiyi kimi, İran prezidenti Həsən Ruhani Avropa ilə danışıqların gözlənilən nəticələrinə toxunub.

 

“Avropa ilə danışıqlar nə bu gün üçün, nə də sabah üçün ümidverici deyil. İran üçün son dərəcə əhəmiyyəti olan nüvə enerji sisteminin fəaliyyətinə xüsusi diqqət ayıracaq, 3-cü mərhələyə keçidi elan edəcəyik” – deyə prezident bildirib.

Ruhani həmçinin "Avropanın öhdəliklərə və razılaşmalara qayıtması üçün önündə 2 ay fürsəti var” - deyə qeyd edib.

 

Görəsən, İran tərəfinin Avropaya inamsızlığı hardan qaynaqlanır?

 

Məsələ bundadır ki, Avropa Birliyi ölkələri həmişə dünyada baş verən hadisələrə ABŞ-ın prizmasından baxıb, dünya ölkələrinə münasibətdə Vaşinqtonun çubuğu ilə idarə olunub. Bu bir fakdır ki, Amerikanın Yaxın Şərqdə apardığı təcavüzkar siyasət həmişə Avropa tərəfindən dəstəklənib. İraqın, Əfqanıstanın, Liviyanın, Suriyanın xarabazara çevrilməsində Avropanın da payının olmasını inkar etmək olmaz. Bu dövlətlər ədalətin tərəfində olmasalar da ABŞ-ın təcavüzkar siyasətinə qarşı ən azı susmalı idilər. Ancaq bunu da etməyiblər. İsrailin Fələstində və digər müslman torpaqlarımda kütləvi qətliamlar törətməsini də sadəcə müşahidə ediblər. İsrailin Qüdsü pytaxta çevirməsinə də susqunluqla cavab verdilər.

 

Avropa nəhayət Birləşmiş Ştatların İrana qarşı sanksiya tətbiq etməsi məsələsində bu dövlətin yedəyində gedir. Maraqlıdır ki, bunu nəyə görə, hansı mənfəəti üçün etdiyinin fərqində də deyil. Halbuki, Avropa ölkələri ABŞ-ın hegemonluq siyasətini dəstəkləməsəydi özlərinin enerji təhlükəsizliyini İranın hesabına, həm də sərfəli şərtlərlə təmin edə bilərdi. Amma bunu etmədi.

 

Xatırladaq ki, bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron İranın nüvə sazişində qalması üçün Tehrana 15 milyard dollar kreditin verilməsini təklif edib.

Bunun üçün ABŞ-ın razılığının alınacağı da vurğulanır. Amma fakt budur ki, Tramp Makronun vasitəçilik istəyinə hörmətlə yanaşdığını desə də, buna ehtiyac olmadığını, lazım gələrsə İranla özünün birbaşa danışıqlara gedəcəyini vurğulayıb. Ən qəribəsi isə odur ki, danışıqlardan yalnız İranın qazanacağını söyləyib. Yəni yenə təkəbbür, yenə hegemonçuluq iddiasıın başgicəlləndirən havası.

 

Görünən odur ki, İraqın yağmalanması siyasətində Vaşinqtona aldanan Avropa enerji təhlükəsizliyi məsələsində İrandan sadəcə yararlanmağa çalışır. 15 milyard dollar kreditin verilməsi təklifinin arxasında da bu dayanır. Amma zaman-zaman ABŞ-a aldanmasına rəğmən, yenə də onun siyasətinin yedəyində gedən Avropaya etibar etmək olarmı? Ümumiyyətlə kredit təklifinin Ağ Evin mətbəxində hazırlanmadığına və reallaşacağı halda bunun arxasında İrana yeni iqtisadi zərbə planının dayanmadığına necə inanmaq olar? Görünür, rəsmi Tehranı da düşündürən elə bu məsələdir.

/İslaminSesi/  

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system