SOSİAL

Oxundu: 2451
12 yaşlı məktəblinin məktubunu qanlı bayraq edənlər üçün...

12 yaşlı məktəblinin məktubunu qanlı bayraq edənlər üçün...

Ağdaş rayonunda özünü asan 12 yaşlı məktəbli intihar etdi. Əslində gündə orta statistik rəqəmlə 4-8 adamın intihar etdiyi Azərbaycan üçün sıradan bir hadisədir

Artıq öyrəşmişik intihar xəbərlərinə. Həyatımızın qəza, cinayət və rutin hadisələrindən biri olub intihar. Mətbuatdan yayınaraq ya da statistika rəqəmlərinin hansısa sıfırını və ya vergülünü təşkil etmək bu gün xalqın ən böyük sosial-psixoloji problemlərindən biridir. Ağdaş rayonunda bəş verən hadisə daha çox ürək ağrıtması ilə yaddaşımıza yazılacaq. 12 yaşlı bir uşağın ölümü və Azərbaycanımızda vəhdət həftəsi...

 

İllərdir siyasi çəkişmələrə kimləri alət etmədilər ki?!... Lakin bir uşağın ölümündən hansısa siyasi məqsədlə istifadə olunması sadəcə olaraq ürək bulandırır. Onun məktubnu hey paylaşırlar. Sosial şəbəkələrin bu qədər insanların həyatına nüfuz etməsi və medianın azadlıq zəncirinin uzandığı qədər fəaliyyət göstərməsi mövzu obyektlərinin dəyişməsinə daha dəqiq desək deqradasiyaya uğramasına səbəb olmuşdur. Hüquq və medianın qızıl qaydalarından olan araşdırmaq və dəqiq məlumat prinsipi fiaskoya uğradıqca bu gün belə absurd münasibətlərlə tez-tez üzləşəcəyik. Qulaqdandolma məlumatlarla fikirlər yürüdüldükcə insanlar cahilcə yalnız gördüklərinə inanacaqlar. Uşağın intiharından sonra hey məktubdan danışılır. İlk nöbvədə bunun üzərində fokuslanmaq lazımdır.


1. Məktubun həmin uşaq tərəfindən yazılması nə dərəcədə araşdırılıb?


2. Hadisənin cinayət yoxsa intihar olduğu aydınlaşdırılmamış hansı media orqanına izn verilib ki, bunu heç bir dəlil ortada olmadan intihar adlandırsın?


3. Hələ intihar etməsi belə məlum olmayan uşağın iki aydır molla yanına getməsi və Quran öyrənməsi iddiası irəli sürülüb. İlk növbədə onu demək lazımdır ki, İslam dini intiharın qəti qadağan edir. Ən azından islami məlumatlarla azca da olsa tanış olan hansısa bir şəxs bunu dəqiq bilir.


4. Toyu və uşağın adına qədər düşünən uşaq niyə gedib intihar etsin ki?


Bütün bu sadaladıqlarımız hamısı cavabını gözləyən suallardır.

 

Bu sualları kənara qoyub başqa bir məsələyə, cəmi bir ay öncə sosial şəbəklərdə müzakirə mövzusu olmuş uşaqların mövzusuna da qayıdış edildi. Məhərrəm ayında Aşura məclislərində uşaqların iştirakını qəti şəkildə pisləyən insanların əlinə sanki dəstəvüz verildi. Onlar yenə oz "dünyəvi" bayraqlarını ələ alaraq dinin insanları necə məhv etməsini və uşaqların gələcəyini "müdafiə" etməyə başladılar. Lakin buradan onlara səslənərək deyirik ki, nə üstünə hücum çəkdikləri dində intihar var, nə də uşaqların ölümünü təşviq edən ayələr. İslam bütün dünyada qız uşaqlarının diri-diri qəbirə qoyulmasının qarşısını alan və onun Peyğəmbəri (s) isə qız atası kimi tanınan və onları sevən bir sima kimi tanınır. Siyasətinizə dini alət etməkdən çəkinməyənlər lütfən körpə uşağın ölümünü ( Yəqin ki, indi ən ağır vəziyyətdə onun valideynləridir) özünüzə bayraq etməyin. Qanlı bayraqlardan kimlərəsə xeyir gəlməyib.

 

İslaminSesi Analitik Mərkəzi

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system