NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

11 Sentyabr terroru ilə bağlı bu günə qədər eşidilməyən şok faktlar - Terrorçu özü danışır

Oxundu: 973
11 Sentyabr terroru ilə bağlı bu günə qədər eşidilməyən şok faktlar -  Terrorçu özü danışır

11 Sentyabrda ABŞ-da ticarət mərkəzinə təyyarə ilə hücum oldu. Bu ABŞ tarixinə bəlkə də ən böyük terror aktı kimi yazıldı.

 

İslaminSesi “Haber7.com” a istinadən xəbər verir ki, həmin terror aktını törətməkdə şübhəli bilinən Məhəmməd Heydər Zammar adlı şəxs  “Vaşinqton Post” qəzetinə müsahibə verib.  

 

Əl –Qaidə düşərgələrindən, İŞİD meydançalarına qədər  uzun bir yol qət edən, hazırda isə  Suriyanın ən ucqar ərazisində yerləşən  həbsxanada cəza çəkən Məhəmməd Heydər Zammar maraqlı açıqlamalar verib.  

 

Qeyd edək ki, Zammar 11 sentyabr terror aktından bu yana ilk dəfə mediaya müsahibə verib.

 

 Terror təşkilatı Əl-Qaidənin 11 Sentyabr 2001-ci ildə Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzinə (Əkiz Qüllələr) və Pentaqona etdiyi  terror hücumlarının əsas şübhəlilərindən biri olan Zəmmar, Suriyanın Qamışlı rayonunda həbsxanada yatır.  

Həm Almaniya, həm də Suriya vətəndaşı olan 57 yaşlı Zammar, ilk dəfə 1982-ci ildə silahlı qarşıdurmaya cəlb olunub və Suriyada Əsəd hakimiyyətinə qarşı vuruşan terrorçulara qoşulub.

 

O, Əl –Qaidənin Suriyadakı nümayəndəsi Əbu Xalid Əs-Suri ilə burada tanış olub və onun dəvəti ilə 1991-ci ildə Əfqanıstana gedərək hərbi təlimlərdə iştirak edib.  

 

Zammar  tez-tez Əfqanıstana və Londona səyahət etdiyini, eyni zamanda  Almaniyanın Hamburq şəhərində bir məsciddə öz ətrafını yaratdığını deyib.

 

O, burada hal-hazırda 11 sentyabr təcavüzkarlarının saxlanıldığı Quantanamo həbsxanasında cəza çəkən  Yəmən vətəndaşı Rəmzi Binalshib ilə tanış olur. 

 

Məhz onun vasitəsi ilə  11 sentyabr hücumlarında təyyarələri qaçıran terrorçulara başçılıq edən  Məhəmməd Atta,  Dünya Ticarət Mərkəzinin iki qülləsinə çırpılan təyyarəni istiqamətləndirən  BƏƏ vətəndaşı Mervan eş-şehi, Pensilvaniyadakı  təyyarəni  istiqamətləndirən livanlı Ziad Samir Cərrah və daha  4 nəfər ilə tanış olub.    

 

Zammar bildirib ki,  həmin vaxt bu insanlarla Əfqanıstana səfər etmələri Alman və ABŞ kəşfiyyat orqanlarını şübhələndirib və onlar MKİ tərəfindən izlənilib.

 

1999-cu ildə Əl –Qaida lideri  Usama Bin Laden ilə tanış olduğunu deyən Zammar, 11 sentyabr hücumları haqqında öncədən heç bir məlumatının olmadığını vurğulayıb.  

 

11 sentyabr terror aktından sonra qeyb olan Zammar,  Mərakeş səfəri zamanı yaxalanaraq Suriyaya ekstradisiya edilib.

 

12 il ərzində Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı Sednaya həbsxanasında saxlanılan Zammar, burada işgəncəyə məruz qaldığını və aylarla karsda yatdığını bildirib. 

 

O, 2013-cü ildə 6 nəfərlə birlikdə sərbəst buraxılıb və İŞİD terror təşkilatına qoşulub.  Xəstə olduqdan və İŞİD-in məğlubiyyətindən sonra ailəsi ilə birgə ABŞ qüvvələrinə təslim olub.

 

Maraqlı məqam ondan ibarətdir ki, Zammar və digər dəstə üzvləri 11 sentyabr hücumlarında təqsirli bilinsələr də, ABŞ xüsusi xidmət orqanları onları həbs etməyib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system