NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

11 il əvvəlki durum təkrarlanmaq ərəfəsində – ABŞ Gürcüstanı qoruya biləcəkmi?

Oxundu: 461
11 il əvvəlki durum təkrarlanmaq ərəfəsində – ABŞ Gürcüstanı qoruya biləcəkmi?

Yaxın tarix Vaşinqtonun Gürcüstanı “Şimal ayısının” güclü pəncəsindən xilas etmək gücündə olmadığını göstərdi

Məlum olduğu kimi, Gürcüstan Cənubi Osetiya ilə inzibati sərhədə yaxın Çorçana kəndində polis postu yerləşdirib. Bu isə Sxinvali ilə Tiflis arasında yeni gərginliyə səbəb olub.

 

Virtualaz.org xəbər verir ki, “Cənubi Osetiya Respublikası” gürcü tərəfin bu hərəkətini təxribat adlandırıb və postun götürülməsini tələb edib. Əks təqdirdə adekvat addımlar atacağını bildirib. Gürcü tərəfi isə postu götürməyəcəyini bildirib. Və buna səbəb kimi həmin postun Gürcüstanın nəzarəti altında olan ərazidə qoyulduğunu göstərib.

 

Maraqlıdır, bu gərginlik 2008-ci ilin avqustunda baş verən hadisələrin, yəni Rusiyanın Gürcüstana qoşun yeritməsinin təkrarlanmasına gətirib çıxara bilərmi? Bu halda ABŞ-dan hansısa ciddi reaksiya gözləmək olar?

 

Keçmiş SSRİ dövründə mövcud olan “soyuq müharibə” bu nəhəng imperiya dağılandan sonra ABŞ-Rusiya münasibətlərində o qədər də böyük fərqin olmadığı göz önündədir. Birləşmiş Ştatlar elə o vaxtdan Rusiyanı SSRİ-nin varisi kimi qəbul etməyə başladı. Və münasibətləri də elə bu baxış üzərində qurdu.

 

Əslində Rusiya da özünü varis kimi aparırdı və elə indi də aparır. Bu baxımdan ABŞ-ın bir fövqəldövlət olaraq başqa bir fövqəlgüclə ciddi rəqabətə girməsi başa düşüləndir. Amma uzaq və yaxın tarixin təcrübəsi göstərir ki, Birləşmiş Ştatların dünyanı bir qütbdən idarə etmək arzusu hələ ki arzu olaraq qalır. Bu, Gürcüstan-Rusiya münasibətlərində də həmişə özünü doğruldub. Elə Rusiya-Ukrayna münasibətlərində də.

 

Əlbəttə, söhbət Amerikanın Gürcüstanı özünün tam nəzarətinə keçirməsi ilə bağlı planlarından gedir. Fakt budur ki, ABŞ Rusiyanın, necə deyərlər, lap qulağının dibində, yənu Gürcüstanda özünün bazalarını yaratmaq arzusundadır. Amma görünən odur ki, Vaşinqton bütün cəhdlərində Kremlin ciddi təpkisi ilə qarşılaşıb. 2008-ci ildə Gürcüstanın öz ərazilərini – Cənubi Osetiya və Abxaziyanı azad etməyə qalxanda da Rusiyanı öz qarşısında gördü. Rəsmi Tiflisi “qızışdıran” Amerika isə, belə desək, səsini də çıxara bilmədi. Konkret desək, Gürcüstanı “Şimal ayısının” güclü pəncəsindən xilas etmək gücündə olmadığını göstərdi. Ukrayna ilə bağlı da eyni durum yaşandı və elə indi də yaşanmaqdadır.

 

Bəli, 2008-ci il təcrübəsini və ABŞ-ın Gürcüstandakı çox zəif mövqeyini nəzərə alaraq deyə bilərik ki, Gürcüstan-Rusiya münasibətləri həmin 2008-ci il səviyyəsinə çatacağı təqdirdə, Vaşinqton kənarda durub seyr etməklə, ən yaxşı halda heç bir əhəmiyyəti olmayan bəyanat verməklə kifayətlənəcək.  

/İslaminSesi/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system