NAMAZ VAXTLARI:
  • FƏCR 06:33
  • GÜN 07:58
  • ZÖHR 12:52
  • ŞAM 18:05
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“102-ci baza ləğv edilsə, Qarabağda genişmiqyaslı müharibə başlayacaq...”

Oxundu: 704
“102-ci baza ləğv edilsə, Qarabağda  genişmiqyaslı müharibə başlayacaq...”

“Bu halda Ermənistanı Türkiyədən də müdafiə edən olmayacaq...”

 

Yanvarın 12-də  Rusiya əsgəri tərəfindən Avetisyan ailəsinin qətlə yetirilməsinin 4-cü ildönümü və digər rus hərbçinin öldürdüyü Cülyetta Qukasyanın ölümünün  40-cı günü ilə bağlı  Rusiya Müdafiə Nazirliyinin Gümrüdəki 102-ci bazası qarşısında hüzn və etiraz aksiyası  keçirilib.

 

İslaminSesi   bu haqda Rusiya mediasına istinadla xəbər verir.  Məlumata görə,  aksiyada əsasən Ermənistan Avropa partiyasının üzvlərindən ibarət olan 30 nəfər iştirak edib. Yolları və Rusiya bazasının ətrafı bir neçə polis kordonu ilə kəsilib.  Etirazçılar bazanın qarşısına gəlməyə nail olaraq əllərində rus hərbçilər tərəfindən öldürülmüş ermənilərin portretlərini və onların xatirəsinə yandırılmış lampalar tutub, üzərinə “Rus ordusu - Ermənistandan rədd ol!” yazılmış böyük transparant qaldırıblar.

Rusiya bazasından etiraz çıxışlarına heç bir reaksiya olmayıb və aksiyaçıların qarşına heç kəs çıxmayıb.

Lakin etiraz aksiyası başlamazdan öncə 102-ci bazaya Rusiya hərbi qüvvələrinin ölkədə qalmasını tələb edən və əsasən Ermənistan  Kommunist partiyasının bir neçə erməni sakin də gəlib.  Onlar öz çıxışlarında  belə çağırışlar səsləndiriblər:

 

“Əgər 102-ci baza ləğv edilsə, Ermənistanı heç kim Türkiyədən müdafiə etməyəcək və Dağlıq Qarabağ münaqişəsi zonasında tam miqyaslı hərbi əməliyyatlar yenidən başlayacaq...”

 

Moderator.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system