NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

10 yaşlı qızcığaz təcavüzçünü karate ilə uzaqlaşdırdı - VİDEO

Oxundu: 289
10 yaşlı qızcığaz təcavüzçünü karate ilə uzaqlaşdırdı -  VİDEO

Rusiyanın Krasnoyarsk bölgəsində yerləşən Lesosibirsk şəhərində 10 yaşlı bir qız uşağı küçədə çox az insanın olduğu qarlı havada ona hücum edən təcavüzçüdən karate vasitəsi ilə xilas olub.

 

İslaminSesi Moderator.az-a istinadən  xəbər verir ki, dərsi bitdikdən sonra karateyə gedən qız yolda 43 yaşında bir adamın hücumuna məruz qalıb.

 

Polisin açıqlamasına görə, təcavüzçü adam qızın üstünə tullanaraq üzünə bir neçə dəfə vurub və paltarlarını çıxarmasını istəyib. Kiçik qız təcavüzkarı uzaqlaşdırmaq üçün bacarıqlarından istifadə edərkən yoldan keçən bir qadının diqqətini çəkib. Qadın vəziyyətə müdaxilə edəndə kiçik qız hadisə yerindən qaçıb.

 

Təcavüzkar təkrar arxasınca getməsinə baxmayaraq kiçik qız hadisədən kiçik yaralarla xilas olub. Nəzarətə alınan adamın isə 12- 20 il həbs cəzası ilə cəzalanacağı bildirilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system