ÖLKƏ

Oxundu: 159
Astarada zəncirvari qəza, ölən var

Astarada zəncirvari qəza, ölən var

Astara rayonunun Ərçivan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

İslamınSəsi Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 12-də saat 12 radələrində Astara  rayonunun Ərçivan qəsəbəsində rayon sakini Təbriz Sadıxovun idarə etdiyi “Ford” və Lənkəran rayon sakini Elgün Rzayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub, “Ford” markalı nəqliyyat vasitəsi aşaraq qəsəbə sakini Radiq Feyziyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusa çırpılıb. 

Nəticədə E.Rzayev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən T.Sadıxovun vəziyyəti ağırdır. Astara RPŞ tərəfindən araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system