NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İnsan gözündən daha üstün elektron linza

Oxundu: 81
İnsan gözündən daha üstün elektron linza

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni əzələ və düz kontakt linzaların yaradılması texnologiyalarını birləşdirərək obyektlərin şəkillərini onları insan gözünün gördüyü kimi çəkən yeni elektron linza hazırlayıblar.

 

"İslaminSesi"  “ictnews”a istinadən xəbər verir ki, linza süni əzələlərin bərkliyi nazik, şəffaf dielektrik elastomerdən ibarətdir. Linza və əzələnin birgə qalınlığı 30 mk, qurğunun diametri təxminən 1 sm-dir.

 

Kiçik ölçülü nanostrukturların köməyilə yeni linza görünən işığın bütün spektrini bir nöqtədə toplamaq qabiliyyətinə malikdir. Bu, ona eynilə insan gözündə olduğu kimi real vaxt rejimində fokusu dəyişdirməyə imkan verir.

 

Yeni linza bəzi aspektlər üzrə insan gözünü üstələyir – məsələn, sözügedən linza insan gözü üçün əlçatmaz olan astiqmatizmə düzəlişlər edə bilər.

Tədqiqat müəllifləri məlumat veriblər ki, yaxın vaxtlarda yeni linzaların istehlak kameraları və cihazlarda tətbiq olunma ehtimalı son dərəcə azdır – ehtimal ki, yeni linzalar 10 il sonra istifadə ediləcək.Lent.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system